"Mall"ların girişində ziyarətçilərin hərarəti ölçülmür - VİDEO

  • 10 iyun, 2021 16:41

Bu gündən etibarən "Mall"lar, iri ticarət mərkəzləri fəaliyyətini bərpa edib.

“Finans.az” xəbər verir ki, "Report"un əməkdaşları "Mall"lardan birində vəziyyətlə tanış olub.

“Mall”larda pandemiyadan əvvəlki dönəmlərdə olan izdiham müşahidə edilməsə də, kifayət qədər insan sıxlığı yaranıb.

Ziyarətçilər “Mall”ın içərisinə tibbi maska ilə daxil olub, girişdə olan xüsusi dezinfeksiyaedici məhlul vasitədən istifadə etsə də, onların hərarəti ölçülmür. Aparılan müşahidələrə görə, “Mall”ın girişində nə hərarət ölçən cihaz, nə də hərarəti ölçəcək hansısa şəxslər dayanıb.

Qeyd edək ki, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.