Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 2,7 dəfə artıb

  • 22 May, 2019 15:15
Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 2,7 dəfə artıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) cəmi aktivləri bu il yanvarın 1-nə 21,335 milyon manat təşkil edib.

"Finans.az" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən bu rəqəm 2017-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 45,7% çoxdur.

2018-ci ilin sonuna qurumun cəmi uzunmüddətli aktivləri 71,9% azalaraq 1,654 milyon manat, cəmi cari aktivləri isə 2,25 dəfə artaraq 19,681 milyon manat olub.

Palatanın cəmi kapitalı 50,43% artaraq 20,269 milyon manat, cəmi öhdəlikləri isə 8,57% azalaraq 1,066 milyon manat təşkil edib.

Cəmi xərclər 10,349 milyon manat, cəmi gəlir isə 20,792 milyon manat olub və palata 2018-ci ili 10,443 milyon manat mənfəətlə başa vurub. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.