Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq

  • 2 Oktyabr, 2019 17:34
Mahaçqala-Bakı dəmir yolu xəttinə sürət qatarı buraxılacaq

Bakı-Mahaçqala qatarı Sankt-Peterburq-Helsinki sürət qatarlarının nümunəsi ilə işləyəcək.

“Finans.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında jurnalistlərə bildirib.

O vurğulayıb ki, bu məsələ müvafiq nazirlərin görüşündə müzakirə edilib: “Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur”.

Xatırladaq ki, Bakı ilə Mahaçqala arasında birbaşa avireyslərin təşkili məsələsi də müzakirə edilirdi.