Mağazalar plastik torbaları pullu etsələr, nə edəcəksiniz? - VİDEOSORĞU

  • 11 Aprel, 2019 11:27
Mağazalar plastik torbaları pullu etsələr, nə edəcəksiniz? - VİDEOSORĞU

Plastik məhsulların ətraf mühitin çirklənməsi baxımından zərərləri danılmazdır. Bunlardan biri də alış-verişdə istifadə etdiyimiz plastik torbalardır.

Bir çox Avropa ölkələrində, eləcə də yaxın qonşu ölkələrdə plastik torbaların istifadəsi ya qadağan olunub, ya da bu məhsullar ödənişli edilib. Azərbaycanda da plastik məhsullarla bağlı tədbirlər planı hazırlanıb. Belə ki, ölkəmizdə yaxın gələcəkdə plastik torbaların ödənişli olması ehtimalı var. Bəs əgər plastik torbalar pullu olarsa, insanların buna münasibəti necə olacaq?

"Finans.az" bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib: