“Lukoil” nə qədər səhmi geri alıb?

  • 25 Sentyabr, 2018 13:40
“Lukoil” nə qədər səhmi geri alıb?

Rusiyanın “Lukoil” neft şirkəti 17-21 sentyabrda səhmlərin geri alınması (buyback) proqramı çərçivəsində təxminən 685,1 min səhmi hər ədədinə orta hesabla 69,75 ABŞ dollar verməklə ələdə edib.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət sövdələşməyə toplam olaraq 47,8 milyon dollar ödəyib.

Səhmləri “Lukoil Securities Limited” 30 avqust 2018-ci ildə elan olunan proqram çərçivəsində əldə edib.

Daha əvvəl 12-14 sentyabrda şirkət 26,6 milyon dollarlıq səhm alıb.

“Lukoil” 3 sentyabr 2018-ci ildən 3 milyard dollara kimi həcmdə açıq bazarda olan bankın səhmləri və qlobal depozit qəbzlərinin geri alınmasını bəyan edib. Bu prosesi 2022-ci ildə başa çatdırmaq planlaşdırılır. Lakin qeyd olunur ki, əgər cari proqram vaxtından əvvəl başa çatsa, şirkət yeni proqramı start verə biləcək.

Şirkətin başçısı və iri səhmdarı Vahid Ələkbərov deyib ki, geri alınan səhmlər ödənildikdən sonra onun payı 30%, vitse-prezident Leonid Fedunun payı isə 10% olacaq.

Hazırda V. Ələkbərovda şirkətin 24,8%, Fedunda – 9,8% səhmi var.