Lombarda qoyulan qızıllar tam sığortalanacaq - YENİ QANUN

  • 18 İyun, 2019 16:38
Lombarda qoyulan qızıllar tam sığortalanacaq - YENİ QANUN

Azərbaycanda lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq.

"Finans.az" xəbər verir ki, bu barədə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin 7-ci maddəsində (Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın sığortalanması) bildirilib.

Sənəddə qeyd edilib ki, lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirmə riskindən sığortalanmalıdır.

Lombard öz vəsaiti hesabına girov qoyulmuş ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Mənbə: apa.az