Lizinq şirkətinin mənfəəti yığılmış zərəri hesabına silinib

  • 9 İyul, 2019 15:46
Lizinq şirkətinin mənfəəti yığılmış zərəri hesabına silinib

"Union Lizinq" ASC 31 dekabr 2018-ci il üzrə hesabatını açıqlayıb.

"Finans.az" xəbər verir ki, sözügedən dövrə şirkətin cəmi aktivləri 14 mln. 668 min 954 manat olub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 mln. manat və ya 26,5% azdır. Aktivlərinin 4 mln. 870 min 249 manatını cəmi uzunmüddətli aktivlər, 9 mln. 798 min 705 manatını isə cəmi qısamüddətli aktivlər təşkil edib.

Öhdəliklərinin həcmi 1 il ərzində 19 mln. 922 min 34 manatdan 14 mln. 628 min 954 manata düşən lizinq şirkətinin cəmi kapitalı dəyişməyərək 40 min manat olub.

Şirkətin ötən il üzrə ümumi mənfəəti 1,4 mln. manat, inzibati xərcləri 16 min 50 manat, sair əməliyyat xərcləri isə 129 min 184 manat olub. Mənfəəti 1 mln. 254 min 767 manat olan "Union Lizinq" mənfəətini keçmiş illərin yığılmış zərəri hesabına silib.