Lerikdə qaz xətti zədələnib

  • 1 Oktyabr, 2019 12:12
Lerikdə qaz xətti zədələnib

Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.

“Azəriqaz”dan “Finans.az”a verilən məlumata görə, bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.