Ləğv edilmiş 4 qurumunun kreditorlarına - MÜRACİƏT

  • 10 Sentyabr, 2019 15:46
Ləğv edilmiş 4 qurumunun kreditorlarına - MÜRACİƏT

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilmiş İqtisadiyyat Komitəsinin, Kino Xidmətinin, Ekspertiza Mərkəzinin, Xarici əlaqələr və investisiya proqramları departamentinin kreditorlarına müraciət edib.

“Finans.az” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Müraciətdə deyilir ki, kreditorlar yaxın 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına bildirə bilərlər.


Mənbə: report.az