Küləkli hava şəraiti ilə bağlı sürücülərə - MÜRACİƏT

  • 2 Dekabr, 2019 09:57
Küləkli hava şəraiti ilə bağlı sürücülərə - MÜRACİƏT

Bakı Nəqliyyat Agentliyi paytaxtda küləkli hava şəraiti ilə əlaqədar yol hərəkətı iştirakçılarına müraciət edib.

"Finans.az" xəbər verir ki, qurum vətəndaşlara ethiyatlı olmağı tövsiyyə edib.

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etsinlər.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik", - deyə müraciətdə qeyd olunub.