Küləkdən aldığımız enerji 9 dəfəyə kimi artıb

  • 17 Aprel, 2019 17:47
Küləkdən aldığımız enerji 9 dəfəyə kimi artıb

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 552,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilən məhsulların həcmi 9,3% artaraq 71,9 milyon manat təşkil edib.

Bu ilin hesabat dövründə 6 340,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayı ilə müqayisədə 3,5% çoxdur.

Bunun 5 778,8 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır. Küləklə işləyən stansiyaların enerji istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 8,4 dəfə artaraq 31,8 mln. kVt/saat, günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 10,8% artaraq 8,2 mln. kVt/saat olub