Kristina Laqard: "Qafqaz və Mərkəzi Asiya ölkələrindəki insanların yalnız 45%-nin bank hesabı var"

  • 16 May, 2019 12:18
Kristina Laqard:

"Qafqaz və Mərkəzi Asiya ölkələrindəki insanların yalnız 45%-nin bank hesabı var".

"Finans.az" xəbər verir ki, bunu Qazaxıstanda keçirilən XII "Astana İqtisadi Forumda" çıxış edən Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristina Laqard deyib.

K.Laqardın sözlərinə görə, region ölkələri qlobal bazarda əhəmiyyətli yer tutur:

"IMF olaraq Qafqaz və Mərkəzi Asiya regionunda fiskal siyasət, təhsil və infrastruktur sahələrində gedən prosesləri dəstəkləyirik. Bundan əlavə biz regiondakı layihələrə texniki dəstəyimizi də davam etdiririk. Bu regionun qlobal inkişaf etməkdə olan bazarlarda payı 20% civarındadır. Region ölkələrinin əhalisinin yalnız 3%-nin mobil pul hesabı var. Bu, bizə hansı sahələrdə inkişaf imkanlarının olduğunu göstərir".


Mənbə: report.az