“KPMG” Mərkəzi Bankda yoxlamalar aparacaq

  • 4 İyul, 2019 09:36
“KPMG” Mərkəzi Bankda yoxlamalar aparacaq

"Böyük dördlük" audit şirkətlərindən olan “KPMG” Azərbaycan Mərkəzi Bankının auditoru olub.

"Finans.az" xəbər verir ki, "KPMG Audit Azərbaycan" MMC Mərkəzi Bankın audit xidmətlərinin satın alınması ilə bağlı tenderində qalib olub.

Belə ki, nizamnamə kapitalı 10000 manat olan audit şirkəti növbəti 3 il ərzində Mərkəzi Bankın aditoru olacaq.