Kosmosa az xərcli səyahət təşkil etmək üçün daha bir sınaq uçuşu edilib

  • 24 Yanvar, 2019 17:22
Kosmosa az xərcli səyahət təşkil etmək üçün daha bir sınaq uçuşu edilib

Cef Bezosun yaratdığı kosmik araşdırma şirkəti "Blue Origin" suborbital uçuş vasitəsi və kapsulunun 10-cu sınaq uçuşunu tamamlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, şirkət sınaq uçuşlarının uğurlu keçdiyini açıqlayaraq bunula da müştərilərini ödənişli əsasla kosmosa aparmağa bir addım da yaxınlaşdığını qeyd edib.

"New Shepard" adlandırılan raket 6 şəxsin yerləşə biləcəyi kapsulu atmosferin yuxarı hissəsinə göndərə bilir.

"Blue Origin"ın açıqladığı məlumatlara görə, uçuş yolunun üst hissəsində raketdən ayrılan kapsul yerdən təqribən 66 mil məsafəyə uzaqlaşa bilib.

Qeyd edək ki, Vaşinqtonda yerləşən şirkətin qarşısına qoyduğu məqsəd kosmosa az xərclə və tam təhlükəsizliklə şəxsi səyahət edə bilmək üçün mümkün texnologiyalar yaratmaqdır.