Konsaltinq şirkəti səhmlərini ləğv edir

  • 9 Yanvar, 2020 12:56
Konsaltinq şirkəti səhmlərini ləğv edir

“Universal Consulting” QSC AZ1001020432 qeydiyyat nömrəli səhmlərini dövriyyədən çıxararaq ləğv edir.

"Finans.az" xəbər verir ki, qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi cəmiyyətin özünün ləğv edilməsidir. Qiymətli kağızlar nominal dəyəri 20 manat olan 100 ədəd sənədsiz, adi, adlı səhmlərdir.

Qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası və s.) yeganə tək səhmdara nağd şəkildə və yaxud göstərdiyi bank hesabına köçürülməklə geri ödəniləcək.