Kompensasiya ödənişlərinin 84%-i icra olunub - PROBLEMLİ KREDİTLƏR

  • 14 May, 2019 15:28
Kompensasiya ödənişlərinin 84%-i icra olunub - PROBLEMLİ KREDİTLƏR

Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub.

“Finans.az” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, mayın 13-nə qədər 506 min vətəndaşa ödənişlər təmin edilib ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir.

“Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub”, - deyə məlumatda bildirilir.

Artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilib. Bundan sonra, vətəndaşlar apellyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır.