KOBİA 2 sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

  • 1 Noyabr, 2019 13:46
KOBİA 2 sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iki sahibkarlıq subyekti arasındakı mübahisəni həll edib.

“Finans.az” KOBİA-ya istinadən xəbər verir ki , sahibkarlardan biri Fərman Məmmədovdur. Onun digər sahibkarlıq subyekti ilə yaranmış, uzun müddət həllini tapmayan maliyyə vəsaitinin ödənişinə dair problemi açıq diskusiya müstəvisində müzakirə edilib. Araşdırmalar nəticəsində hər iki sahibkarlıq subyekti arasında uzun müddət davam edən mübahisəli məqamlara aydınlıq gətirilib və tərəflər arasında razılaşma əldə olunub.