Kiber oyunçuların təlimi üzrə startap 11,25 milyon dollar cəlb edib

  • 24 İyul, 2020 10:41
Kiber oyunçuların təlimi üzrə startap 11,25 milyon dollar cəlb edib

Kiber idman sahəsində ixtisaslaşan “Mobalytics” startapı son investisiya raundu çərçivəsində 11,25 milyon ABŞ dolları həcmində vəsait cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni investisiyalar məhsulun inkişafına, personallaşdırma səviyyəsinin yüksəldilməsinə, platformanın dəstəklədiyi oyun çeşidinin genişləndirilməsinə və əməkdaşların sayının artırılmasına yönələcək.

Qeyd edilir ki, şirkət qeymerlərin məhsuldarlıq indeksini hazırlayıb. Həmin alət oyunçuların güclü və zəif tərəflərini təhlil edərək personallaşdırılmış yanaşma sayəsində onların peşəkar vərdişlərini yaxşılaşdırmağa imkan verir. Startapın partnyorları arasında “Team Liquid”, “Golden Guardians“, ”T1 Esports” kimi komandalar var.