“Kia” şirkəti 2 yerli zavodun fəaliyyətini dayandırıb - COVİD-19 səbəbindən

  • 17 Sentyabr, 2020 10:01
“Kia” şirkəti 2 yerli zavodun fəaliyyətini dayandırıb - COVİD-19 səbəbindən

Cənubi Koreyanın ən böyük ikinci avtomobil istehsalçısı olan “Kia Motors” şirkəti koronavirusun yayılması səbəbindən Kenqido əyalətinin Kvanmen şəhərində yerləşən 2 yerli zavodunun fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yığım xəttinin 8 işçisinin virusa yoluxması aşkarlanıb.

Xatırlaqdaq ki, “Kia Motors”un Cənubi Koreyada ikisi Kvanmendə, üçü Xvasonda və üçü də Kvandjuda olmaqla toplam 8 zavodu var.