Kənd təsərrüfatı nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

  • 14 Noyabr, 2018 16:26
Kənd təsərrüfatı nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun noyabrın 17-də Tərtər rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü noyabrın 24-nə keçirilib.

Nazirlikdən "Finans.az"a bildirilib ki, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün nazirliyin "Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.