Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir

  • 19 Aprel, 2019 11:00
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan “AtaHolding”ə daxil olan “AtaSığorta” şirkəti ödənilməmiş sığorta haqqına görə “Synergy Group” MMC-ni məhkəməyə verib.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, “AtaSığorta” iddia ərizəsini onunla əsaslandırıb ki, “Synergy Group”la könüllü tibbi sığorta müqaviləsi bağlayıb və bundan sonra "Synergy Group” MMC şirkətə sığorta haqqının 13 223,94 manat hissəsini ödəməklə 9 918,06 manatını borclu qalıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq 9 918,06 manat pulun “Synergy Group”dan tutularaq “AtaSığorta”nın xeyrinə ödənilməsi qət edilib.