“Kaspersky Lab” kiber cinayətlər haqda filmlər çəkəcək

  • 21 Avqust, 2019 15:15
“Kaspersky Lab” kiber cinayətlər haqda filmlər çəkəcək

“Kaspersky Lab” şirkəti yaxın vaxtlarda "hacker:HUNTER" adı altında real kiber cinayətlər haqda silsilə sənədli filmlər çəkmək niyyətindədir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ilk film bir neçə il əvvəl müxtəlif ölkələrdə bankomatlardan 1 milyard dollar oğurlayan "Carbanak" adlı məşhur kiberqruplaşma haqqında olub. O, 21 avqustda "You Tube"da hələlik yalnız ingilis dilində çıxıb. Şirkət yaxın zamanlarda rus səslənməsi ilə olan variantı təqdim etməyi planlaşdırır.

Qeyd edilir ki, İkinci sənədli film səsküylü "WannaCry" virusu haqda olacaq. Bütün filmlər "Tomorrow Unlocked" onlayn-layihəsi çərçivəsində yaradılır.