Kartınızdakı manatı xarici valyutaya çevirmək neçəyə başa gəlir? - TARİFLƏR

  • 8 Yanvar, 2019 14:53
Kartınızdakı manatı xarici valyutaya çevirmək neçəyə başa gəlir? - TARİFLƏR

“Finans.az” bu dəfə Azərbaycanda fəaliyyət göstərən bankların AZN valyutalı kartlardan xarici valyuta ilə aparılan əməliyyatlar üzrə müəyyən etdikləri konvertasiya haqlarını araşdırıb.

Belə ki, konvertasiya haqqı adlandırılan bu tariflər kartın valyutasından kənar valyuta ilə mübadilə əməliyyatı aparan zaman bank tərəfindən çıxılan vəsaitdir.

Təhlil göstərir ki, ölkədə fəaliyyət göstərən banklardan yalnız 8-i konvertasiya komissiyası tutmur. Bu banklara "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank of Baku", "Bank Respublika", "Beynəlxalq Bank" "Expressbank", "Kapital Bank" və "VTB Bank Azərbaycan" daxildir. Belə ki, bu banklarda mübadilə Mərkəzi Bnakın deyil həmin bankların gündəlik olaraq dərc etdiyi valyuta kurslarına uyğun olaraq aparılır.

Qeyd edək ki, cədvəldə AZN valyutalı kartlarla xarici valyutada aparılan nağdlaşdırma və nağdsız əməliyyatlar üzrə tariflər yer alıb. Həmçinin, banklar tərəfindən müəyyən olunan konvertasiya haqqı ölkədaxili və ölkəxarici əməliyyatlar üzrə eynidir.

Daha ətraflı aşağıdakı infoqrafikada: