“Kapital Bank”ın xalis mənfəəti 2 dəfədən çox artıb

  • 19 Yanvar, 2021 16:59
“Kapital Bank”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“Kapital Bank” ASC 2020-ci ili 302,698 milyon manat xalis mənfəətlə başa vurub.

“Finans.az” xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,25 dəfə çoxdur.

Ötən il “Kapital Bank”ın gəlirləri 656,623 milyon manat (illik müqayisədə 14,9% çox), xərcləri 318,334 milyon manat (16,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 25,546 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 61,136 milyon manat (61,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 5 227,472 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,2% çoxdur. Bunun 1 901,168 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,6% böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 23,5% artaraq 4 593,277 milyon manata, o cümlədən depozit portfeli 17,6% artaraq 3 805,619 milyon manata, balans kapitalı 49,2% artaraq 634,195 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 8,9% artaraq 245,85 milyon manata çatıb.