"Kapital Bank"ın səhimləri delistinq edilib

  • 8 Yanvar, 2019 09:15

"Kapital Bank" ASC-nin səhmlərinin BFB-də delistinq edilməsi qərarı verilib.

"Finans.az" Bankın Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, Kapital Bankın BFB-yə delistinq müraciətinə əsasən emitentin adi və imtiyazlı səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi qərarı alınıb.

Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək.