Jurnalistlərə "kupça" veriləcəkmi? - RƏSMİ AÇIQLAMA

  • 5 Sentyabr, 2019 16:52
Jurnalistlərə

İkinci "Jurnalistlər binası"nın sakinlərinə çıxarış ("kupça") veriləcək.

"Finans.az" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat verib.

Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.