“JPMorgan" Böyük Britaniyadakı aktivlərini Almaniyaya köçürür

  • 23 Sentyabr, 2020 14:15
“JPMorgan

ABŞ-ın “JPMorgan Chase & Co” investisiya bankı BREXİT prosesi çərçivəsində Böyük Britaniyanın paytaxtı Londonda yerləşən 200 milyard avro (230 milyard ABŞ dolları) dəyərində aktivlərini Almaniyanın Frankfurt şəhərinə köçürür.

“Finans.az” xəbər verir ki, son nəticədə dünyanın ən böyük banklarından biri yaranacaq.

Köçürülmə prosesinin bu ilin sonuna qədər tamamlanması planlaşdırır.

Xatırladaq ki, ABŞ bankı ötən həftə Londondakı 200 işçisinə Paris (Fransa), Frankfurt, Milan (İtaliya) və Madridə (İspaniya) köçmələrini tövsiyyə edib.


Mənbə: report.az