“Jeep” 34,3 min avtomobilini geri çağırır

  • 30 Noyabr, 2020 10:05
“Jeep” 34,3 min avtomobilini geri çağırır

“Jeep” şirkəti ABŞ və Kanadada 34 334 avtomobilini geri çağırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir “Jeep Grand Cherokee EcoDiesel” modelindən olan avtomobillərə şamil edilir və güc aqreqatının alovlanması riski ilə əlaqədardır.

Xatırladaq ki, istehsalçı bu ilin iyun ayında “Cherokee” modelindən olan 67 248 avtomobili geri çağırıb.