İxrac olunan meyvə-tərəvəzin dəyəri yanvar-apreldə 3,2% artıb - Azərbaycanda

  • 14 May, 2020 12:10
İxrac olunan meyvə-tərəvəzin dəyəri yanvar-apreldə 3,2% artıb - Azərbaycanda

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə dəyəri 153 931,68 min ABŞ dolları dəyərində 121 959,89 ton meyvə-tərəvəz ixrac edib.

“Finans.az”ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 3,2% artıb, həcmi isə 9,4% azalıb.

Qeyd edək ki, yanvar-apreldə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz mallarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.


Mənbə: apa.az