İstehlak bazarı kiçilib - Azərbaycanda

  • 16 aprel, 2021 12:36
İstehlak bazarı kiçilib - Azərbaycanda

Cari ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz azalıb.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri keçən ilin yanvar-mart ayları ilə müqayisədə 4,2% azalaraq 11,1 milyard manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla 383,7 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.