İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 98 mln. manat olacaq - TƏSDİQLƏNDİ

  • 12 İyul, 2019 12:38
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 98 mln. manat olacaq - TƏSDİQLƏNDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.

"Finans.az" xəbər verir ki, qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.


Mənbə: report.az