İşsizlərin nəzərinə: Haqqı ödənilən işlərə cəlb olunacaqlar - SİYAHI AÇIQLANIR

  • 4 Sentyabr, 2019 10:31
İşsizlərin nəzərinə: Haqqı ödənilən işlərə cəlb olunacaqlar - SİYAHI AÇIQLANIR

“İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq.

"Finans.az" Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, hazırda elektron proqram təminatı üzərində son tamamlama işləri aparılır.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.