"İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır

  • 20 Mart, 2019 10:11

Aprelin 29-da “Bakı Fond Birjası” QSC-də (BFB) “İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmləri satışa çıxarılacaq.

“Finans.az” xəbər verir ki, açıq hərracda iştirak etmək istəyənlər aprelin 26-na qədər “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə, eləcə də BFB-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.


Mənbə: report.az