İSB SOCAR istiqrazlarına investisiyaları 2 dəfədən çox artırıb

  • 9 Yanvar, 2020 11:20
İSB SOCAR istiqrazlarına investisiyaları 2 dəfədən çox artırıb

2019-cu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına investisiyaları 7,813 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

“Finans.az” xəbər verir ki, İSB 2018-ci ildən Maliyyə Nazirliyinin istiqrazlarına investisiya qoymağa başlayıb və ilin sonuna dövlət qiymətli kağızları üzrə 2,967 milyon manatlıq investisiyaya malik olub. Əvəzində Büro 2017-ci ildən qalma 2,003 milyon manatlıq vekseli investisiya portfelindən çıxarıb.

Ümumiyyətlə isə 2018-ci ildə İSB-nin aktivlərində investisiya qiymətli kağızları 98,25% artaraq 10,779 milyon manata çatıb.


Mənbə: report.az