İSB-nin Himayəçilər Şurasında dəyişiklik edilib

  • 17 Fevral, 2020 10:51
İSB-nin Himayəçilər Şurasında dəyişiklik edilib

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilərək ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib.

"Finans.az" xəbər verir ki, yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.

Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurası sədr Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarova, üzv Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.


Mənbə: apa.az