“İrşad Electronics”in təsisçilərindən biri dünyasını dəyişib

  • 15 Sentyabr, 2018 11:54
“İrşad Electronics”in təsisçilərindən biri dünyasını dəyişib

Azərbaycanın ən böyük mobil telefon satış mərkəzlərindən biri olan “İrşad Electronics” şirkətinin təsisçilərindən biri olan İrad Hacıyev dünyasını dəyişib.

“Finans.az” xəbər verir ki, bu barədə şirkətin rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

İ. Hacıyevin qəfil ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilir.