İranla sərhədin bağlanması müddəti uzadıldı

  • 12 Mart, 2020 17:13
İranla sərhədin bağlanması müddəti uzadıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

Bu barədə "Finans.az" Nazirlər Kabinetinin yanında operativ qərargaha istinadən xəbər verir.