İqtisadiyyat Nazirliyi ilə IFC arasında görüş olub

  • 24 Dekabr, 2019 17:17
İqtisadiyyat Nazirliyi ilə IFC arasında görüş olub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Finans.az” Nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan hökuməti ilə IFC arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində layihə və təşəbbüslər, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə həmçinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişi” və “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” layihəsi ilə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.