İqtisadiyatımıza xarici investisiyalar artıb

  • 18 Aprel, 2019 13:39
İqtisadiyatımıza xarici investisiyalar artıb

2019-cu ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 882,7 milyon manat vəsait yönəldilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 801,3 milyon manatı (90,8%-i) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub.

2019-cu ilin 2 ayı ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 61,3%-ni tikinti, yenidənqurma və genişləndirmə, 10,5%-ni əsaslı təmir, 9,4%-ni cari təmir, 18,8%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 83,6%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.