İqtisad Universitetinin məzun günü büdcəyə 150 min manata başa gəlib

  • 9 İyul, 2019 13:23
İqtisad Universitetinin məzun günü büdcəyə 150 min manata başa gəlib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2019-cu il üzrə baş tutan məzun günü üçün 147 min 650 manat pul xərcləyib.

"Finans.az" xəbər verir ki, universitet "Məzun 2019" tədbirinin keçirilməsi ilə bağlı 21 iyun 2019-cu ildə "Bakı Kristal Zalı" MMC ilə müqavilə imzalayıb və MMC-yə 98 min 530 manat ödəniş edib. Həmçinin tədbirlə bağlı 28 iyun 2019-cu il tarixdə "ORXAN-2012" MMC ilə müqavilə imzalayıb və şirkətdən 49 min 119,75 manatlıq mal və xidmətlər satın alıb.