İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu il 242 mln. manatlıq kredit verilib

  • 6 Dekabr, 2018 15:38
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu il 242 mln. manatlıq kredit verilib

Cari ilin 11 ayı ərzində İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən 241,7 mln manat həcmində 3 528 ipoteka krediti, o cümlədən 172,46 mln. manat dəyərində 2 428 adi kreditlər verilib.

“Finans.az” fondun yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 mln.manat və ya 40% artıb. Belə ki, ötən ilin anoloji dövründə 172,7 mln. manat həcmində 2 687 kredit rəsmiləşdirilib.

Noyabr ayının 30-u tarixinə artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln.manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 000-ə çatıb.