İpoteka və Kredit Zəmanət Fondunun son emissiyasının ikinci tranşı həraca çıxarılır

  • 18 Sentyabr, 2018 16:09
İpoteka və Kredit Zəmanət Fondunun son emissiyasının ikinci tranşı həraca çıxarılır

Bakı Fond Birjasında 20 sentyabr 2018-ci il tarixində İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Finans.az" fonda istinadən xəbər verir ki, istiqrazlar 1 001.9167 manat qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 02 avqust 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Bu günə kimi emissiyanın 1/3 hissəsi (20 mln. manat) yerləşdirilib.