İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  • 28 Avqust, 2018 16:40
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC- nin AZ2031008686 ISIN-li, 20 mln. manat həcmində, 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Finans.az xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti min manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 29 aprel 2041-ci ildir.


Mənbə: bfb.az