İpoteka və Kredit Zəmanət Fondu son emissiyanın 2/3 hissəsini yerləşdirib

  • 20 Sentyabr, 2018 17:37
İpoteka və Kredit Zəmanət Fondu son emissiyanın 2/3 hissəsini yerləşdirib

Bakı Fond Birjasında 20 sentyabr 2018-ci il tarixində İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Finans.az" BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 001.9167 manat olub.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 02 avqust 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Bu günə kimi emissiyanın 2/3 hissəsi (40 mln. manat) yerləşdirilib.