"iPhone" və digər "Apple" məhsulları bahalaşa bilər

  • 2 Avqust, 2019 14:42

ABŞ və Çin arasında ticarət mübahisələrinin yenidən baş qaldırması "Apple"ın səhmlərini ucuzlaşdırıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 10% əlavə gömrük rüsumunun sentyabr ayından etibarən tətbiq olunacağı ilə bağlı taçıqlama verib. Açıqlamanın ardından "Apple"ın səhmləri 2% ucuzlaşıb. Səhmlərin ucuzlaşmasının səbəbi isə "Apple" məhsullarının qiymətlərinin bahalaşması ehtimalı olub.

Belə ki, əlavə gömrük rüsumları "Apple"ın bütün məhsul portfelinə təsir edə və "iPhone", "iPad", "Mac", "AirPod" və "Apple TV" kimi "Apple"ın ən məşhur məhsullarının qiymətlərini artıra bilər.