İPhone şəxsiyyət vəsiqəsini əvəz edəcək

  • 11 Avqust, 2018 11:14
İPhone şəxsiyyət vəsiqəsini əvəz edəcək

Apple şirkəti İPhone-u şəxsiyyət vəsiqəsi qismində istifadə etməyə imkan verəcək, məlumatların qorunan ötürülməsi texnologiyasını işləyib hazırlayıb.

Finans.az xəbər verir ki, ABŞ-ın patent və əmtəə nişanları üzrə qurumu artıq müraciəti qeydiyyata alıb.

Məlumatların ötürülməsi RFİD və NFC texnologiyalarının köməyi ilə həyata keçiriləcək. Təhlükəsizliyi xüsusi protokol və Face İD və Touch İD üz və barmaq izlərinin tanınması sensorları təmin edəcək.

Şirkətdə hesab edirlər ki, bu konsepsiyaya özəl şirkətlərdə və dövlət qurumlarında tələbat olacaq. Məsələn buraxılış sistemlərinin təşkili, gömrük və ya pasport nəzarətindən keçən zaman.



Mənbə: tass.ru