"iPhone" satışları 20% azalıb, "Huawei" isə 23% artıb

  • 12 Fevral, 2019 15:21

Çində "iPhone" satışları bir il ərzində 20% azaldığı halda "Huawei"ın satışları isə 23% artıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDC tədqiqat mərkəzinin araşdırmasında qeyd olunub.

Hesabata əsasən "Apple"ın Çinin smartfon bazarındakı payı 12,9%-dən 11,5%-ə enib.

HonKonq mərkəzli şirkət olan "Counterpoint" isə digər böyük istehlakçı bazarı olan Hindistanda "iPhone" satışlarının kəskin azaldığını təsdiqləyib. Belə ki, 2018-ci ilin 4-cü rübü əzində satışların 25% azalaraq bir il ərzində 3,2 milyondan 1,7 milyona endiyi deyilir.