“iPhone”nun qiymət siyasəti satışlarını 76% artırdı

  • 1 Fevral, 2019 14:43
“iPhone”nun qiymət siyasəti satışlarını 76% artırdı

“Apple” rəhbərliyi “iPhone”ların qiymətini endirəcəyini açıqladıqdan sonra samrtfonların satışı 76% artıb.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, dünən Tim Cookun qiymət siyasətində edəcəyi dəyişikliklə bağlı açıqlaması məhz bir çox ölkələrin milli valyutasınınn dəyərdən düşməsi ilə bağlı idi.

İlk öncə isə bunu Çinin iri “Tmall” mağazası edib və burada satılan ötənilki “iPhone”ların qiyməti endirilib. Belə ki, 512 GB daxili yaddaşa malik olan “iPhone XS Max”ların qiyməti 250 dollar endirilərək 1650 dollara salınıb. 256 GB-lıq modelin qiyməti isə 200 dollar daha aşağı, 830 dollara endirilib.

Qeyd edək ki, artıq qonşu Rusiyada da “iPhone”ların qiymətlərinin endirilməsi gözlənilir.