"iPhone 11" bu dizayn ilə buraxılacaq - FOTO

  • 5 İyul, 2019 14:06

"Apple"ın sentyabr ayında tanıdacağı gözlənilən "iPhone 11" modelinin dizaynı ilə bağlı məlumatlar ortaya çıxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, smartfonlar üçün örtük istehsal edən məşhur şirkət "Ghostek" modelin dizaynının hazır olduğunu və örtük istehsalına başlanıldığını deyib.

Şirkətin hazırladığı örtüklərdən məlum olur ki, "iPhone 11" 3 arxa kameraya malik olacaq və ekranı "iPhone XS" modelində olduğu kimi 5,8 düym böyüklükdə buraxılacaq. Həmçinin, "Ghostek"in paylaşdığı məlumatlara görə, təqdim olunacaq "iPhone" 3 fərqli modeldən ibarət olacaq: "iPhone XI" (iPhone 11), "iPhone XI Max" (iPhone 11 Max), "iPhone XIR" (iPhone 11 R).