“İnvest-AZ”ın səhmdarlarının pay bölgüsü dəyişib

  • 22 May, 2019 11:18
“İnvest-AZ”ın səhmdarlarının pay bölgüsü dəyişib

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin əsas səhmdarı Elşən Quliyev payını 60%-dən 74%-ə çatdırıb.

“Finans.az” xəbər verir ki, əvəzində digər səhmdar Ceyhun Abdullayevin payı 40%-dən 26%-ə düşüb. Səhmdarların pay bölgüsünün dəyişməsi investisiya şirkətinin nizamnamə kapitalının 2 dəfə artırılaraq 800 min manatdan 1,6 milyon manata çatdırılmasından sonra baş verib.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb.


Mənbə: report.az